Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

"Futbol anaları" FİFA-nı məhkəməyə verir


ABŞ-da “futbol anaları” FİFA-nı məhkəməyə verir.

Gənc futbolçulardan və onların valideynlərindən ibarət qrup FİFA-nı və ABŞ-ın futbol təşkilatlarını oyunçuların sağlamlığına “ehtiyatsız və səhlənkar” yanaşmaqda ittiham edir. Onların ən böyük narazılığı futbolçuların beyin silkələnməsi riski ilə bağlıdır.

İddiaçılar yeni təhlükəsizlik qaydalarına çağırırlar.

Keçən ay Milli Kollec Atletik Assosiasiyası oxşar iddianı yoluna qoya bildi. Assosiasiya baş zədəsi almış oyunçunun daha çox dincəlməsi qaydasını qoydu və beyin zədəsi testləri üçün çoxmilyonluq fond yaratdı.

FİFA-nı məhkəməyə verən valideynlər pul cəriməsi istəmir. Onlar yazırlar ki, futbolda bütün səviyələrdə beyin silkələnməsi epidemiya halını alıb. Buna görə valideynlər tibbi monitring proqramının tətbiqinə çağırlırlar. Bundan başqa onlar futbol qaydalarını qoyan FİFA-nın uşaqlar üçün futbol qaydalarına yenidən baxmasını istəyirlər.

Iddiada tibbi araşdırma qeyd olunur ki, uşaqlarda boyun əzələsi zəif olduğuna görə, topu başla vuranda bunun sağlamlığa ziyanı ola bilər. Ona görə təklif olunur ki, 17 yaşadək olan futbolçuların topa başla zərbələrinə məhdudiyyət qoyulsun.Yəni bir oyunda neçə dəfə başla vurmaq qaydası olsun.

İddiada təklif olunur ki, baş zədəsi alanın müvəqqəti dəyişdirilməsinə də icazə verilsin.

XS
SM
MD
LG