Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:01

İlham Əliyev Beyləqanda səfərdədir


İlham Əliyev
İlham Əliyev

-

Avqustun 28-də prezident İlham Əliyev Beyləqan rayonuna səfər edib.

Dövlət başçısı Heydər Əliyev Parkında mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra şahmat məktəbinin, Gənclər Mərkəzinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib.

Prezident Beyləqandan əvvəl Saatlıda olub, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb.

Xəbəri AzərTAc yayıb.

XS
SM
MD
LG