Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Navalny-nin arvadı istintaqa çağrılıb


Alexei Navalny və həyat yoldaşı Yulia
Alexei Navalny və həyat yoldaşı Yulia

-

Kremlin tənqidçisi Aleksei Navalny-nın arvadı anti-korrupsiya işilə əlaqədar dindirilib. Bloqqer deyir ki, bu, ona qarşı təzyiq kampaniyasının bir hissəsidir.

Yulia Navalny ərinin tvitter hesabında yazıb ki, avqustun 25-də İstintaq Komitəsinə çağrılıb və iyunda Navalny-nın mənzilindən tapılmış afişaya görə sorğu-sual olunub.

Polis iddia edir ki, afişa Moskvanın 170 km-də yerləşən Vladimir şəhərində küçədən oğurlanıb. Navalny afişanın ona doğum günü hədiyyəsi olduğunu deyir və baş verənləri özünə qarşı yeni təzyiq kampaniyası adlandırır.

Navalny-nın arvadı yazıb ki, müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib, susmaq hüququndan yararlanıb.

Bu, Navalny-ya qarşı bir neçə işdən yalnız biridir. O, 2013-cü ildə oğurluqda ittiham olunub, hazırda 5 illik şərti cəza altındadır.

XS
SM
MD
LG