Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

Tacik-qırğız sərhədində dörd nəfər yaralanıb


Tacik-qırğız sərhədi
Tacik-qırğız sərhədi

-

Qırğız sərhədçiləri bir qrup tacik kəndlisinə atəş açıb, onlardan dördünü yaralayıb. Kəndlilər Qırğızıstanın mübahisəli ərazisində yol və körpü salmaq planlarına etiraz edirmiş.

Yerli sakinlər AzadlıqRadiosunun tacik xidmətinə deyib ki, insident avqustun 25-də Bobojon Qafur tacik rayonunda baş verib.

Yaralılardan birinin durumu ağırdır. İnterfax şahidlərə istinadla xəbər verir ki, qırğız və tacik sərhədçiləri Batken rayonundan Leilek qırğız ərazisində atışıb.

Qırğızıstanın sərhəd xidmətinin məlumatına görə, atışma tacik sərhədçilərinin, qırğız-tacik sərhədində yerləşən işarələnməmiş ərazidə sərhəd postu qurmaq cəhdindən sonra başlayıb. Bu insidentdə xəsarət alan olmayıb.

Öncə sərhəddəki atışmalarda bir neçə qırğız və tacik sərhədçisi yaralanıb.

XS
SM
MD
LG