Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Apellyasiya məhkəməsi Murad Ədilovu həbsdə saxladı


-

Avqustun 25-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Onun dediyinə görə, məhkəmə həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı vəsatəti təmin etməyib.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Müdafiə tərəfi həmin qərardan apelyasiya şikayəti vermişdi.

Ailəsi və yaxınları isə bu ittihamı rədd edir və həbsin siyasi motivli olduğunu bildirir.

XS
SM
MD
LG