Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Hindistanda 10 zəvvar ölüb


Arxiv foto
Arxiv foto

Hindistanda məbəddə azı 10 zəvvar ölüb, onlarla yaralı var. Hadisə mərkəzi Madhya Pradesh ştatında baş verib.

Rəsmi məlumata görə, minlərlə hindistanlı dindar Çitrakut ərazisindəki məbədlərdə toplaşıb, kütlənin idarəsi üçün çəkilmiş ip qırılıb və basabas yaranıb.

Hindistanda dini mərasimlərdə adətən ölümcül basabaslar olur. Ötən ilin oktyabrında bir məbəddə 110 zəvvar həlak olub.

XS
SM
MD
LG