Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:04

Kaliforniyada zəlzələ dağıntılar törədib


Arxiv foto
Arxiv foto

-

Kaliforniyanın şimalında 6 bal gücündə zəlzələdən yaralananlar var, binalara ziyan dəyib. Zəlzələ avqustun 24-də, Kaliforniyanın şərab şəhəri olan Napanın 10 kilometrliyində baş verib.

Onlarla adam xəstəxanaya aparılıb, iki böyük, bir uşaq xəsarət alıb.

Napa rəsmiləri azı 15 binanın yararsız vəziyyətə düşdüyünü bildirir, 10 mindən çox ev elektriksiz qalıb.

Yollara, su və təbii qaz borularına da ziyan dəyib.

Kaliforniyanın qubernatoru Jerry Brown ştatın bir hissəsində fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG