Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 04:59

Braziliyada məhbusların başı kəsilib


-

Braziliya hakimiyyəti bildirir ki, cənubi Cascavel şəhərində qiyam qaldıran məhbuslar azı 3 məhbusu öldürüb, digərlərinə xəsarət yetiriblər. Qurbanlardan ikisinin başı kəsilib, digərləri binanın başından aşağı itələnib ki, onlardan da azı biri ölüb.

Avqustun 24-də başlamış qiyamda yüzlərlə məhbus iştirak edir. Onlar həbsxananın azı iki əməkdaşını girov götürüb.

Məlumatlara görə, məhbuslar həbsxanada idarəçilikdən, ərzaq və gigiyenadan narazıdır. Qiyama son qoymaq üçün danışıqlar aparılır.

Braziliya məhbusların sayına görə dünyada 4-cü yeri tutur. Bu ölkədə yarım milyon məhbus var, həbsxanalarda sıxlıqdır.

XS
SM
MD
LG