Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

İslam Dövləti Suriya hava bazasının bir hissəsini tutduğunu bildirir


-

İslam Dövləti (İD) qruplaşması yaraqlılarının Raqqa vilayətində böyük Suriya hərbi bazasının hissələrini tutduğu bildirilir. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Hüquqları Observatoriyası yayıb. Qurum avqustun 24-də bildirib ki, Tabqa hava bazasının ətrafında hələ də toqquşmalar gedir, ancaq obyekt yaraqlıların nəzarəti altındadır.

Observatoriyanın məlumatına görə, bazanın içində onlarla öldürülmüş əsgər meyiti var.

Tabqa hava bazası ekstremistlərin nəzarətində olan şimal-şərqi vilayətdə hökumətin sonuncu mövqeyi idi.

Qurum bildirir ki, avqustun 19-da İD Tabqa-ya hücum başladandan azı 100 yaraqlı öldürülüb, 300 nəfər yaralanıb. 25 Suriya əsgəri də həlak olub.

XS
SM
MD
LG