Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:52

İran rəsmiləri Rusiyaya səfər edəcək


İran prezidenti Hassan Rohani

İran prezidenti Hassan Rohani gələn ay Rusiyaya səfər edərək Xəzər sammitinə qatılacaq. İranın Press TV-nin məlumatına görə, sammit sentyabrın 29-da Astraxanda, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək.

Xəzər dənizinin su sərhədləri mübahisəli olaraq qalır. Hər bir ölkə sualtı neft və təbii qaz resurslarını işləmək istəyir.

Öncəki samitlərdə sərhəd məsələlərini həll etmək mümkün olmayıb.

Məlumatlara görə, İranın xarici işlər naziri Mohammad Javad Zarif də sentyabrın 29-da Moskvaya səfər edəcək. Bu səfər rusiyalı həmkarı Sergei Lavrov-un dəvətilə həyata keçirilir.

XS
SM
MD
LG