Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 21:39

Pakistanda müxalifət partiyasının bütün deputatları parlamentdən çıxdı


İmran Khan tərəfdarlarının mitinqi

Pakistanın müxalifət partiyası Tehrk-i-İnsaatın bütün deputatları parlamentdən çıxdığını bildirib.

Keçmiş kriket oyunçusu, indi isə bu partiyanın sədri olan İmran Khan bununla parlamentin avqustun 21-də verdiyi qərara etirazını bildirir.

Parlament İmran Khanın çağırışı ilə küçə nümayişlərinin baş nazir Navaz Sharifi zorla istefaya göndərməsi səylərini konstitusiyaya zidd adlandırıb.

İslamabadda İmran Khanın və populist dini lider Ul-Qadrinin çağırışları ilə müxtəlif nümayişlər gedir. Onların məqsədi baş nazirin istefasıdır.

XS
SM
MD
LG