Keçid linkləri

2018, 17 Yanvar, çərşənbə, Bakı vaxtı 22:24

Ukrayna bayrağını taxan 4 moskvalı ev dustağı elan edilib


-

Rusiya məhkəməsi Ukrayna bayrağını Kreml yaxınlığında binaya taxan 4 moskvalının ev dustağı edilməsinə göstəriş verib.

Onlar ulduzu da Ukrayna bayrağının mavi-ağ rənginə boyayıblar.

Təqsirləndirilənlər xuliqanlığa görə 7 ilədək azadlıqdan məhrum edilə bilərlər. Polis onları vandallıqda ittiham edirdi, sonradan ittihamı xuliqanlığa dəyişdirib və məhkəmə fəalların saxlanmasına qərar verib.

3 kişi və bir qadın Stalin dövründən qalmış böyük binanın üzərindən paraşütlə tullandıqlarını etiraf etsələr də, bayraq taxdıqlarını və ulduzu rənglədiklərini yalanlayıblar.

Rusiyanın Krımı anneksiya etməsindən sonra Rusiya-Ukrayna münasibətləri gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG