Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:26

14 il aclıq edən qadın azadlığa çıxdı


Hindistanda 14 ildir ki, aclıq edən qadın həbsxanadan buraxılıb. 42 yaşlı İrom Sharmila Hindistanda insan haqları pozuntularına etiraz olaraq aclıq edir.

O aclığa 2000-ci ildə başlayıb. O vaxt o, ordu əsgərlərinin avtobus dayanacağında 10 adamı öldürməsinin şahidi olmuşdu.

Bir neçə gün sonra onun özünü tutdular. Onu özünə qəsd ittihamı ilə məhkum etmişdilər. Avqustun 20-də məhkəmə - 14 ildən sonra ittihamların əsassız olduğunu bildirdi.

Həbsxanada 2000-ci ildən aclıq edən bu qadını gündə bir neçə dəfə zorla - burnundan tökməklə yedirirdilər.

Indi həbsdən çıxan Sharmila deyir ki, aclıq aksiyasını yenə davam etdirəcək.

O deyib: "Mənim tələblərim yerinə yetməyincə, mənim ağzıma yemək dəyməyəcək"

Onu qarşılamağa gələnlərə isə deyib ki, “mənim şərəfimə mahnı oxumanızı istəmirəm. Kütləvi dəstəyinizi istəyirəm”.

Sharmila qeyri-zorakı mübarizənin tərəfdarıdır. O bildirir ki, qanun qələbə çalana qədər mübarizəsini davam etdirəcək.

Həbsdən azad olunanda Sharmila ABŞ konstitusiyasında deyilən fikri xatırladıb ki, hökumət xalqın olmalıdır və xalq üçün olmalıdır.

XS
SM
MD
LG