Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

14 il aclıq edən məşhur qadın həbsdən çıxdı


Hindistanda 14 ildir ki, aclıq edən qadın həbsxanadan buraxılıb. 42 yaşlı İrom Sharmila Hindistanda insan haqları pozuntularına etiraz olaraq aclıq edir.

O aclığa 2000-ci ildə başlayıb. O vaxt o, ordu əsgərlərinin avtobus dayanacağında 10 adamı öldürməsinin şahidi olmuşdu.

Bir neçə gün sonra onun özünü tutdular.

O vaxtdan – 14 il aclıq edən bu qadını gündə bir neçə dəfə zorla - burnundan tökməklə yedirirdilər.

Indi həbsdən çıxan Sharmila deyir ki, aclıq aksiyasını yenə davam etdirəcək.

Onu qarşılamağa gələnlərə isə deyib ki, “mənim şərəfimə mahnı oxumanızı istəmirəm. Kütləvi dəstəyinizi istəyirəm”.

XS
SM
MD
LG