Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

Donetsk ətrafında döyüşlərdə 34 adam ölüb


Ukrayna rəsmiləri Donetsk ətrafında döyüşlərdə son 24 saatda 34 adamın öldüyünü bildirir. Ukrayna daxili işlər nazirinin müşaviri bundan az əvvəl Facebookda yazırdı ki, rusiyapərəst yaraqlılarla döyüşlərdə 9 hərbçi ölüb.

Onun sözlərinə görə, Donetsk ətrafındakı İlovaysk şəhərciyinin yarısı hökumət qoşunlarının nəzarətinə keçib. Ancaq yaraqlılar bir gündür ki, kəskin müqavimət göstərir.

Ukraynanın şərqində 4 aydan çoxdur ki, davam edən döyüşlərdə 2 min hərbçi ölüb.

Rusiyanın Ukraynanın şərqinə göndərmək istədiyi humanitar yardım isə hələ də Ukrayna sərhəddindədir. Ukrayna bildirir ki, yaraqlılar təhlükəsizlik təminatı verməyincə yük maşınları Ukraynaya buraxılmayacaq.

XS
SM
MD
LG