Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Pakistan ordusu siyasi dialoqa çağırır


-

Pakistan ordusu hökuməti və müxalifət liderlərini çağırır ki, siyasi böhranı dialoqla həll etsinlər.

Avqustun 20-də yayılmış bəyanatda ordu bildirib:

«Bütün tərəflər fikir ayrılıqlarının həlli üçün dərhal dialoqa başlamalıdır».

Minlərlə anti-hökumət etirazçısı avqustun 19-da parlamentə doğru yürüş edib. Həmin bina yüksək təhlükəsizlik zonasında yerləşir. Onlar təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşməyib.

Keçmiş kriket ulduzu İmran Khan və mühafizəkar ruhani Tahir ul-Qadri baş nazir Nawaz Sharif-in istefası tələbiylə etirazlara rəhbərlik edir. Onlar ötən ilki seçkinin saxtalaşdırıldığını bildirir.

XS
SM
MD
LG