Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Hökumət əhalinin ipoteka arzusunu “dəfn edir”


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

QHT-LƏR ƏDLİYYƏ NAZİRLİYİNDƏN BİLDİRİŞ GÖZLƏYİR

“Yeni Müsavat” yazır ki, bir müddət əvvəl hesablarına həbs qoyulan və ya hesabları dondurulan qeyri-hökumət təşkilatları (QHT) normal fəaliyyət göstərə bilmir, hətta ofis xərclərini ödəməyə çətinlik çəkirlər. QHT-lər əməkdaşlarına maaş da verməkdə çətinlik çəkirlər, əmək haqları gecikdirilir. Bildirilir ki, ən böyük çətinlik layihələrin işlənilməsi üçün Ədliyyə Nazirliyindən alınmalı olan icazə-bildirişlərdir. Belə ki, bu bildirişlərlə bağlı da bir çox hallarda süni maneələr yaradılır. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, ölkədə onlarla QHT-nin hesabları dondurulub, ya da həbs qoyulub: “Vəziyyət bu yerdədir ki, işçilər bir neçə aydır əməkhaqqı ala bilmir. Çox çətin durum yaranıb, yarımçıq məhkəmə işlərimiz var, hüquqi yardımları davam etdirməliyik. Komanda qərara alıb ki, bacardıqları qədər pulsuz işləsinlər. Amma ofisin xərclərini də vermək mümkün deyil”.

HÖKUMƏT ƏHALİNİN İPOTEKA ARZUSUNU “DƏFN EDİR”

“Bizim Yol” bu il ipoteka kreditlərinin verilməsində kəskin məhdudlaşma yarandığını qeyd edir. “Dövlət büdcəsindən bu istiqamətdə 40 milyon manat ayrılsa da, Dövlət İpoteka Fondu bu vəsaiti istifadə etməkdə tələsmir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin ilk yarımilliyində dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin həcmi cəmi 10 milyon manat təşkil edib. Həmin vəsait isə mart ayında ayrılıb. Ondan sonra bu istiqamətdə köçürmələrin naməlum səbəbdən dayandırıldığı göstərilir. Ötən illərin təcrübələri göstərir ki, növbəti transfert ilin ikinci yarısında, daha dəqiq desək, iyul ayında olmalıdır. Belə olan halda, büdcədən iyul ayı üzrə 30 milyon manatın köçürülməsi gözlənilir. Amma banklardan daxil olan məlumatlarda fərqli fikir söyləməyə əsas verir. Ölkə üzrə ipoteka kreditlərinin verilməsində cəmi 5-6 kommersiya bankı aktivdir. Digərləri isə həm sosial, həm də kommersiya tipli ipoteka kreditlərinin verilişini tamamilə dayandırıb”.

DƏMİRYOLUNDAN KİŞİ BƏLƏDÇİLƏR NİYƏ UZAQLAŞDIRILIR?

“Azadlıq” qəzetinə müraciət edən keçmiş bələdçisi Adil Vəlixanov Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradovdan şikayətçidir. Adil Vəlixanovun sözlərinə görə, dəmiryolunda sərnişindaşımanın bərbad hala salınması Elyar Muradovun bu vəzifəyə təyin olunmasından sonra başlayıb: “Bu adam deyir ki, kişi bələdçilərin xidmət səviyyəsi aşağı düşüb, bu işi qadınlar daha yaxşı görür. Lakin 30-35 il aşpazlıq edən kişini qadın əvəz edə bilməz. Bələdçinin vəzifəsi təkcə sərnişinə nümunəvi xidmət etmək deyil. Onlar həm də sərnişinlərin təhlükəsizliyinə, sağlamlığına və digər məsələlərə görə cavabdehdilər. Bir müəssisənin sosial durumu və iqtisadi vəziyyəti çətin olanda bəzi işçiləri ixtisara sala bilər. Lakin bir müddətdən sonra vəziyyət düzələrsə, həmin peşəkar işçilərə tələbat olarsa, onlar yenidən öz yerlərinə qaytarılır”.

Günün daha geniş media icmalına burada bax

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG