Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

«QKÇP» qiyamının 23 illiyidir


Boris Yeltsin
Boris Yeltsin

-

1991-ci il 19 avqust hadisələrindən 23 il keçir. AzadlıqRadiosunun rus xidməti yazır ki, sosioloqlar rusiyalıların həmin hadisələrə münasibətinin dəyişdiyini qeyd edirlər. Belə ki, rəyi soruşulanların demək olar yarısı hesab edir ki, qiyamdan sonra ölkə düzgün istiqamətə getməyib.

«Həmin günlərdə kim haqlıydı?» sualına rəyi soruşulanların yarıdan çoxu deyib ki, «QKÇP»ni, Boris Yeltsin və tərəfdarlarını dəstəkləmirlər. Bir il öncə «Levada» mərkəzinin keçirdiyi sorğuya görə, rusiyalıların üçdə birindən çoxu hesab edirdi ki, avqust qiyamı siyasi elitanın hakimiyyət uğrunda mübarizəsində bir epizod olub. Üçdə bir hissə əmindir ki, bu faciəvi hadisələr ölkə üçün ölümcül nəticələrə gətirib. Yalnız 13 faiz hesab edir ki, bu, demokratiyanın qələbəsidir.

1991-ci il avqustun 19-da SSRİ-nin vitse prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi («QKÇP») yaradılıb. Bununla da həmin günlər istirahətdə olan prezident Mikhail Gorbachev hakimiyyətdən kənarlaşdırılıb, Krımdakı malikanəsində təcrid olunub. Moskvaya ağır hərbi texnika yeridilib. Ancaq avqustun 22-də Komitə ləğv olunub, üzvləri həbsə atılıb. Kütləvi etirazlar nəticəsində ölkəyə nəzarət faktiki Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin əlinə keçib. Moskvada Ağ Evin müdafiəsində 3 nəfər həlak olub.

XS
SM
MD
LG