Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

Penitensiar xidmətin mühafizə alayının əsgəri ölüb


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının əsgəri 20 yaşlı sıravi əsgər Fərid Təhməzli ölüb.

Penitensiar xidmətin yaydığı məlumata görə, hadisə avqustun 18-də baş verib. Xidmət bildirir ki, əsgər saat 19:20 radələrində xidmət etdiyi postda əlindəki silahla özünü vurub.

Fərid Təhməzli Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hələ ki hadisə ilə bağlı əsgərin yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG