Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Noyabr, bazar, Bakı vaxtı 16:29

Hindistan Pakistanla danışıqları dayandırıb


Hindistan Pakistanı daxili işlərinə qarışmaqda ittiham edərək İslamabadla danışıqları dayandırıb. Səbəb Pakistanın Nyu Dehlidəki səfirinin Kəşmir separatçı liderləri ilə məsləhətləşmələr aparmasıdır.

Hindistan xarici işlər nazirliyi avqustun 18-də yaydığı bəyanatda bildirir ki, bu hərəkət “Pakstanın səmimiliyinə dair suallar yaradır”.

Pakistan Hindistanın qərarını “geriləmə” adlandırıb.

İki ölkənin xarici işlər nazirləri gələn həftə görüşüb formal dialoqun bərpasını müzakirə etməliydilər.

XS
SM
MD
LG