Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:18

İran nüvə sazişini nəyin bahasına olursa-olsun, imzalamaq fikrində deyil


Nüvə danışıqlarında İranın əsas nümayəndəsi bildirib ki, İran nüvə proqramı ətrafında yaranmış beynəlxalq böhranı həll etmək üçün nüvə razılaşmasını nəyin bahasına olursa-olsun imzalamaq fikrində deyil.

Majid Takht –Ravanchi İranın İSNA agentliyinə avqustun 18-də deyib ki, əgər digər tərəf də xoş niyyət nümayiş etdirsə, razılaşma noyabrın 24-nə əldə oluna bilər.

O, əlavə edir ki, “bizim buna əlavə haqq ödəmək fikrimiz yoxdur”.

Bundan bir gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Amano demişdi ki, İranın əməkdaşlığa hazır olmasını qəti şəkildə bildirməsindən razı qalıb.

Amano Tehranda İran prezidenti Rohani və digər rəsmilərlə görüşüb.

İranla dünyanın 6 super gücünün nüvə danışqlarının növbəti raundu sentyabrın 16-da başlanacq.

XS
SM
MD
LG