Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:57

Ankara Almaniya səfirindən izahat tələb edir


Ankara Almaniya kəşfiyyatının Türkiyə hökumətini izləməsi, casusluq etməsi məlumatları ilə bağlı Türkiyədəki Almaniya səfirindən izahat tələb edib.

Türkiyənin xarici işlər nazirliyi bildirir ki, Almaniya səfiri nazirliyə çağırılıb və Der Spiegel jurnalında Almaniyanın BND kəşfiyyatının 2009-cu ildən Türkiyə hökumətinin ardınca casusluq etməsi xəbərinə aydınlıq gətirilməsini tələb edib. Jurnal yazır ki, bu casusluq ola bilsin ki, hələ də davam edir.

Neçə aydır ki, Almaniyanın özü ABŞ-ın Almaniyadakı casusluq fəaliyyətindən şikayət edir.

Keçmiş ABŞ kəşfiyyatçısı Snowdenin açıqladığı məlumatlara görə, Almaniya kansleri Merkelin hətta telefon danışıqılarına da qulaq asılır.

XS
SM
MD
LG