Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:13

İranda zəlzələdə 250 adam yaralanıb


İran rəsmiləri bildirirlər ki, avqustun 18-də İranın qərbində zəlzələdə 250 adam yaralanıb.

Fövqəladə vəziyyətlər üzrə İranın baş rəsmisi Ahmad Karami deyib ki, İlam vilayətində bir çox evlər dağılıb və ya çox pis zədələnib.

ABŞ Seysmoloji xidmətinin məlumatına görə, zəlzələnin episentri İraqla sərhədd yaxınlığında, Abdanan şəhərinin 36 km-liyində olub.

Zəlzələlər İranda tez-tez olur. Bura seysmoloji aktiv ərazidir.

XS
SM
MD
LG