Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 05:47

Kiyev bildirir ki, separatçılar qaçqınlar olan avtobusları raket atəşinə tutub


Kiyev hakimiyyəti bildirir ki, avqustun 18-də rusiyapərəst yaraqlılar Luhanskdan qaçqınları daşıyan avtobusları müşayət edən konvoyu raket atəşinə tutub.Nəticədə bir çoxları həlak olub, onlar arasında qadınlar və uşaqlar var.

Ordunun sözçüsü Andriy Lysenko bildirib ki, separtaçılar Qrad raketləri və toplarla konvoya atəş açıblar. Lysenko ehtimal edir ki, bu silahları separtaçılara Rusiya verib.

Donetsk yaraqlılarının hərbi lideri Andrei Purgin isə bu məlumatı təkzib edib. O bildirib ki, yaraqlıların Qrad raketlərini həmin əraziyə atmaq imkanı yoxdur.

Yaraqlıların xəbər saytının məlumatına görə, avtobuslara hücum olan yerdə avqustun 18-də rusiyapərəst yaraqlılarla hökumət qoşunları arasında qarşılıqlı artilleriya atəşi olub.

XS
SM
MD
LG