Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:31

4 nazir Ukrayna böhranını müzakirə edəcək


Arxiv fotosu. shutterstock.com
Arxiv fotosu. shutterstock.com

Avqustun 17-də Berlində Almaniya, Ukrayna, Rusiya və Fransa Xarici İşlər nazirləri birgə Ukryanadakı böhranı müzakirə edəcəklər.

Ukraynanın Xarici İşlər naziri Paul Klimkin görüşün nəticəsi olaraq Moskva ilə münasibətlərdə tərəqqiyə nail olacağına ümidli olduğunu deyib. Nazir özünün twitter-dəki mikrobloqunda çoxtərəfli görüş formatının Polşa tərəfindən də dəstəkləndiyini yazıb.

Bu ilin yazında Ukraynanın Krım yarımadasını Rusiyanın özünə ilhaq etməsindən sonra bu iki ölkənin münasibətləri hərbi toqquşma həddinə çatıb.

Hazırda Ukraynanın şərqində Rusiya yönümlü silahlı qruplarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.

XS
SM
MD
LG