Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Fevral, çərşənbə, Bakı vaxtı 22:25

Müdafiə nazirləri Naxçıvana gəlir


Irakli Alasania

-

Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə avqustun 18-də Gürcüstanın müdafiə naziri Irakli Alasania və Türkiyə milli müdafiə naziri İsmet Yılmaz-ın Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Müdafiə nazirlərinin Naxçıvanda Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Qonaqlar Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə də baş çəkəcəklər.

Müdafiə nazirlərinin Naxçıvana səfəri avqustun 19-dək davam edəcək.

XS
SM
MD
LG