Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Ukrayna ordusu sərhəddi pozan hərbi karvanın bir qismini məhv edib


Foto arxiv
Foto arxiv

Ukrayna prezidenti Petro Poroshenko sərhəddi keçən Rusiya hərbi karvanının bir hissəsinin məhv edildiyini deyir.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Poroshenko bunu avqustun 15-də Böyük Britaniyanın baş naziri David Cameronla telefon söhbətində deyib.

Onun sözlərinə görə, zirehli texnikalar artileriya atəşi ilə vurulub.

Britaniya mətbuatı bundan əvvəl Rusiya ordusuna məxsus 23 zirehli texnikanın Rostovdan Ukrayna ərazisinə keçdiyini xəbər vermişdi.

Rusiyanın xarici işlər nazirliyi Ukraynanı Rusiyanın humanitar missiyasını pozmağa cəhddə günahlandırıb və atəşi dayandırmağa çağırıb.

XS
SM
MD
LG