Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Ebola virusunun nəzəratə götürülməsinə azı 6 ay vaxt lazımdır


Foto arxiv

Sərhədsiz Həkimlər təşkilatının hesablamasına görə, Afrikanın qərbində baş qaldıran Ebola virusunun nəzəratə götürülməsinə azı yarım il vaxt lazımdır.

Təşkilatın prezidenti Joanna Lui Cenevrədə çıxış edərkən qeyd edib ki, bu xəstəlik sürətlə yayılır və ekspertlərin gözlədiyindən daha ağır nəticələr verir.

Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikadakı müalicə müəssisələrində çarpayı çatışmadığını bəyan edib.

Təşkilatın məlumatına görə, Liberiya, Syerra Lyon və Nigeriyada bu virusdan 1060-dan çox adam ölüb, təxminən 2 min nəfərsə bu virusa yoluxub.

Ebola son 40 ildə ən ölümcül virus hesab olunur.

XS
SM
MD
LG