Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 02:53

«Yeni Müsavat» qəzetinin müxbiri Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı istintaq yekunlaşıb.

Jurnalistin AzadlıqRadiosuna verdiyi məlumata görə, bu barədə müstəntiq ona bildiriş göndərib:

«Müstəntiq dedi ki, 5 gün ərzində istintaq materialları ilə tanış olum və sonra işi məhkəməyə göndərsinlər. Bu işlə vəkilim məşğul olacaq».

«Yeni Müsavat»ın əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı evdən çıxarkən ona hücum olub. Xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, hadisədən iki gün sonra bir nəfər saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG