Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:38

Məşhur Hollywood aktyoru evində ölü tapıldı


Robin Williams
Robin Williams

-

Məşhur Amerika aktyoru, komediya ustası Robin Williams Şimali Kaliforniyadakı evində ölü tapılıb.

Polisin məlumatına görə, 63 yaşlı aktyorun intihar etməsi təsəvvürü yaranır, çünki asfiksiyadan, boğulmadan ölüb. Amma dəqiq səbəb hələ bəlli deyil. Araşdırma aparır.

Məsələyə tam aydınlıq gətirmək üçün avqustun 12-də meyit yarılacaq.

Sözçüsü deyib ki, aktyor son dövrlərdə depressiya ilə mübarizə aparırdı və narkomaniyadan müalicə çərçivəsində reabilitasiya kursu keçirdi.

Arvadı isə deyib ki, cəmiyyətin diqqətinin Robinin ölümünün səbəbləri yox, onun yaradıcılığı, tamaşaçılara bəxş etdiyi saysız sevinc dəqiqələri üzərində cəmləşəcəyinə ümid edir.

ABŞ prezidenti Barack Obama məhz belə edib. "O həm təyyarəçi idi, həm həkim, həm cin idi, həm dayə, həm professor idi, həm də narahat Piter Pan. Hamısından bir az-bir az. O heç kəsə oxşamayan orijinal bir sənətkar idi" - deyə prezident aktyor haqda fikirlərini ifadə edib.

"Oscar" mükafatlı Robin Williams "Mrs. Doubtfire" filmində arvadından ayrılandan sonra uşaqlarını görmək üçün dayə cildinə girmiş ata rolunu da məharətlə oynamışdı. (Ardı aşağıda)

"Ələddin" multfilmində Cini səsləndirən də Robin Williams-dır.

"Sabahın xeyir, Vyetnam" (1987) filmindəsə o, bütün kanonları darmadağın edən hərbi radio DJ-ini canlandırmışdı.

1970-ci illərdən komediya seriallarına çəkilən aktyora məhz Barry Levinsonun bu filmi əsl dünya şöhrəti gətirmişdi.

XS
SM
MD
LG