Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 22:52

Dünya Kuboku finallarının rekordçusu Klose Almaniya yığmasından getdi


Futbol üzrə dünya kubokunun final yarışlarında tarix boyu ən çox qol vuran 36 yaşlı Miroslav Klose Almaniya yığmasında daha oynamayacağını bildirib.

Kloose Dünya kubokunun final yarışlarında 16 qol vurub. O, Almaniya yığmasında da rekord vurub – 137 oyunda 71 qol.

Almaniya yığmasında tarix boyu Klose-dən sonra ən çox qol vuran oyunçu indi əfsanəyə çevrilmiş Gerd Muellerdir – 68 qol.

Dünya kubokunun sahibi olan Almaniya yığmasının məşqçisi Joachim Loew Klose haqda deyir ki, “mən çox nadir halda belə təvazökar,peşəkar,komanda ruhlu oyunçu görmüşəm”.

Almaniya yığmasının yarımmüdafiəçisi Mesut Ozil isə Kloseni “əfsanə” adlandırıb.

Braziliyada son dünya kubokunun finalında qələbə qolunu vuran Mario Goetze isə deyib ki, Klosenin futbol statistikası hər şeyi deyir, ancaq onun şəxsiyyəti bu statistikadan daha möhtəşəmdir.

Klose İtaliyanın Lazio klubunda oynamaqda isə davam edəcək. Onun müqaviləsi 2015-ci ildə bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG