Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:20

Ərəb liqası İslam Dövləti yaraqlılarının yezidilərə qarşı hərəkətini pisləyir


Ərəb Liqasının sədri Nabil al-Arabi İraqda İslam Dövləti yaraqlılarının Yezidilərə qarşı hərəkətini insanlıq əleyhinə cinayət adlandırıb. O yaraqlıların məsuliyyətə cəlb olunmasını tələb edib.

Minlərlə yezidi hazırda dağlara qaçıb. Onlıarın yeməyi və hətta suyu belə yoxdur.

İslamçı yaraqlıların şəhərləri tutması ilə xristianlar da öz evlərindən qaçır.

Arabi terrorçuların dini azlıqlara və mülki əhaliyə qarşı repressiyalarını qəti şəkildə ittiham edib.

İslam Dövləti yaraqlıları tutduqları şəhərlərdə dini azlıqlara təklif edirlər ki, ya islamı qəbul etsinlər ya da ölümlə üzləşəcəklər.

Arabi islamçı yaraqlıların beynəlxalq məhkəməyə cəlb olunacağını bildirir.

XS
SM
MD
LG