Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Azərbaycanda uşaq filmi çəkməyə başladılar


Arxiv foto

-

C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında «Dəyərli adlar» tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadla yaydığı xəbərə görə, filmin rejissorları Xalq Artisti Rafiq ƏliyevCavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyalara münasibətindən bəhs edir.

Çəkilişlərə 300-400 məktəbli cəlb edilib.

Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir.

Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.

«Dəyərli adlar»ın bu ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi gözlənilir.

XS
SM
MD
LG