Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 10:45

IREX-in Baş ofisi bəyan edir ki...


IREX

-

«IREX-in ölkə direktoru Angela Nicoara heç vaxt Azərbaycan prezidentini və hökumətini tənqid etməyib».

ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX ) baş ofisinin avqustun 9-da yaydığı bəyanatda belə deyilir.

«IREX bəyan edir ki, Azərbaycan üzrə ölkə direktoru Angela Nicoara heç vaxt hansısa erməni şəxsi və ya qurumu dəstəkləməyib, heç vaxt Ermənistanyönümlü hansısa bəyanat (şifahi və ya yazılı) verməyib, heç vaxt Azərbaycan prezidentini və ya hökumətini tənqid etməyib. O, 2010-cu ildən Azərbaycanın qonağı kimi, öz fədakar əməkdaşları ilə birlikdə yorulmadan işləyib. Ölkə mediasının inkişafına kömək etməyə çalışan azərbaycanlı gənclər üçün imkanların genişlənməsi yönündə fəaliyyət göstərib», - bəyanatda bildirilir.

IREX-in Bakı ofisi təşkilat və onun direktoru haqqında bir sıra saytlarda yayılan məlumatları bir neçə dəfə təkzib edib.

Son vaxtlar bank hesablarına həbs qoyulan təşkilatların arasında IREX-in də adı çəkilir.

XS
SM
MD
LG