Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Ukrayna hökuməti ölkə ərazisindən bütün Rusiya tranzitlərini qadağan etməyi təklif edir


Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib ki, hökumət Rusiyaya qarşı sanskiyalar təklifini hazırlayıb və bu sanksiyalar Rusiyadan və başqa ölkələrdən olan 172 vətəndaşa və 65 Rusiya şirkətinə aiddir. Bu şəxslər və şirkətlər Ukranyada terrorizmi dəstəklədiklərinə görə sanskiyalara məruz qalacaq.

Yatsenyuk ümid etdiyini bildirir ki, parlament avqustun 12-də bu təklifləri qəbul edəcək.

Yatsenyuk deyib ki, sanskiyalar Ukrayna ərazisində bütün Rusiya mallarının tranzitlə daşınmasını qadağan edir.

Yatsenyukdan soruşulub ki, bu, Rusiyanın Ukraynadan daşıdığı qazadamı aiddir? Yatsenyuk deyib ki, ola bilsin ki, “bütün tranzitlər, hava uçuşları tranzitindən tutmuş resursların tranzitinə qədər bütün tranzitlər dayansın.”

XS
SM
MD
LG