Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

Yay-qış odun alan kəndlilər


Arxiv fotosu
Arxiv fotosu

“16 ildir bu küçədə qaz yoxdur. 3 il əvvəl isə gəlib olan-qalan qaz xətlərini də kəsib atdılar kənara. Dedilər yeniləri çəkiləcək, sonra da qaz veriləcək. Düz 3 ildir gediblər, səs-soraqları yoxdur”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Cəlilabadın Göytəpə kəndində yaşayan Azad Rəhimov deyir. Onun sözlərinə görə, ətraf küçələrdəki mənzillərə maye qaz verilsə də, Əli Qədirli küçəsində yaşayanlar hələ də odunla qızınırlar:

BU KÜÇƏDƏ AZI 180 AİLƏ YAŞAYIR

“Qazancımızın çox hissəsi oduna gedir. Kəsib atdıqları qaz xətləri hələ də küçədə qalıb”.

Əli Qədirli küçəsində azı 180 ailə yaşayır. Sakinlər yerli icra hakimiyyətinə və qaz idarəsinə dəfələrlə şikayət ediblər. Bu şikayətlər də müsbət nəticə verməyib.

Cəlilabadın Qaz İstismar İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, kəndlərdə küçələrin qazlaşdırılması növbəli qaydada aparılır. Yaxın vaxtlarda qaz xətti çəkənlər Əli Qədirli küçəsinə də gəlib çıxacaqlar. Sakinlər isə inanmırlar:

“Bizə də həmişə eyni sözü deyirlər. 16 ildir deyirlər. Görəsən nə vaxt sözdən əmələ keçəcəklər? Artıq inamımız qalmayıb”.

Yerli qaz idarəsi isə sakinlərə bir qədər də səbr etməyi məsləhət görür.

XS
SM
MD
LG