Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:41

ABŞ hərbçiləri İŞİD mövqelərinə havadan zərbə endirəcək


Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama İraqda İŞİD-in mövqelərinə havadan zərbə endirilməsinə dair göstəriş verib. Prezident bildirib ki, məqsəd İŞİD-in Ərbil şəhərini ələ keçirməsinin qarşısını almaq, oradakı Amerika vətəndaşlarını, diplomatik heyəti qorumaq və İraqın silahlı qüvvələrinə dəstək verməkdir.

Obama həmçinin qeyd edib ki, o, ABŞ-ın İraqda yeni müharibəyə cəlb olunmasına imkan verməyəcək.

Bu barədə Barack Obama televiziya ilə çıxışı zamanı deyib.

O, İraqda qaçqınların məskunlaşdığı ərazilərə paraşütlə su və qida kimi humanitar yardımın atılmasını da tapşırıb. Artıq Sincar Dağında susuz və ərzaqsız qalan yezidilərə yardımların atılmasına başlanıb.

İŞİD islamçıları tutduqları şəhərlərdə qeyri-müsəlmanlara təklif edirlər ki, ya islamı qəbul etsinlər ya ölümlə üzləşəcəklər.

İslamçıların tutduğu Sincar şəhərindən minlərlə yezidi dağlara qaçıb.

BMT bildirib ki, İraqın şimalında islamçıların irəliləməsi ilə 200 min adam evindən didərgin düşüb.

XS
SM
MD
LG