Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:51

A.Parubiy Milli Təhlükəsizlik Şurası rəhbərliyindən istefa verdi


Ukrayna prezidenti Poroshenkonun ofisi bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andriy Parubiy istefa verib.

Prezidentin sözçüsü Tsegolko Twitterdə yazıb ki, Parubiy prezident komandasında qalacaq.

Parubiy avqustun 7-də səhər yazmışdı ki, istefa ərizəsi verib.

Parubiy yazırdı ki, müharibə vaxtı istefa verməyi düzgün saymır. O, bundan sonra cəbhəyə köməklə məşğul olacaq.

Parubiy istefasının səbəbini yazmayıb.

Parubiy Maydan hərəkatı vaxtı Maydanın komendantı olub. O fevral ayından Milli Təhlükəsizlik Şurasının sədri idi.

XS
SM
MD
LG