Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 03:09

Ebola xəstəliyindən ölənlərin sayı 932-yə çatdı


Dünya Səhiyyə Təşkilatı xüsusi bəyanatında bildirir ki, Ebola xəstəliyindən ölənlərin sayı 932-yə çatıb.

Avqustun 2-dən avqustun 4-nə kimi 45 adam ölüb. Onlar Qvineya, Syerra Leone, Nigeriya və Liberiyadadır.

Eyni vaxtda xəstəliyə şübhəli bilinənlərin sayı 108 nəfər artıb. Hazırda 1711 belə adam var. Yeni xəstələr ən çox Liberiyadadır.

Qızdırma xəstəliyi olan Ebolanın dərmanı hələ də tapılmayıb. Bəzi məlumatlara görə, xəstələrin 60, başqa məlumata görə 90 faizi ölür.

Xəstəlik Afrikanın qərbində yayılıb.

XS
SM
MD
LG