Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:15

İraqda kürdlərlə islamçı yaraqlılar arasında döyüş gedir


İraqda İslam Dövləti yaraqlıları ilə kürdlər arasında döyüşlər avqustun 6-da kürdlərin regional paytaxtı olan İrbilin 40-liyində gedir.

Həftəsonu islamçı yaraqlıların hücumu İraqın şiə liderliyi ilə kürdləri hərbi əməkdaşlığı yenidən qurmağa vadar etdi.

Bu əməkdaşlıqda İraq hökuməti kürdlərin peşmərqə silahlılarına yardım məqsədilə islamçılara hava zərbələri endirir.

Avqustun 3-də islamçılar Zumar və Sincar şəhərlərini tutdular və minlərlə yerli sakin dağlara qaçdı.

Kürdlərin peşmərqə silahlılarının komandanı Jabbar Yavar deyir ki, avqustun 6-da 50 min yezidi Sincar yaxınlığında dağlarda gizlənib. Onlara dərhal kömək olmasa, onların hamısı məhv olacaq.

XS
SM
MD
LG