Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:15

Polşanın baş naziri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalının artdığını bildirir


Polşanın baş naziri Donald Tusk deyib ki, onun son saatlar aldığı məlumatlar güman etməyə əsas verir ki,

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalı bir neçə gün əvvəlkidən yuxarıdır.

Tusk bunu Varşavada avqustun 6-da deyib.

Bundan əvvəl Ukrayna sərhəddinə Rusiya ordusunun toplanması haqda məlumatlar gəlirdi.

Moskva 2 gün qabaq isə hərbi təlimlər haqda məlumat verdi. Rusiyanın mərkəzində və qərbində keçirilən həmin təlimlərdə 100 təyyarə və hücum helikopterləri iştirak edirdi.

BMT rəsmiləri isə Ukraynada humanitar böhranın pisləşdiyini bildirirlər.

XS
SM
MD
LG