Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:54

Qarabağ xalq oyunlarına həsr edilən beynəlxalq konfrans keçiriləcək


Azerbaijan - logo of folk-lore institute - 06Aug2014
Azerbaijan - logo of folk-lore institute - 06Aug2014

-

Noyabrın 13-14-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə «Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Folklor İnstitutuna istinadən yaydığı xəbərə görə, konfransda ümumtürk kontekstində xalq oyun və tamaşaları müqayisəli təhlil ediləcək, Qarabağın xalq oyunları və meydan tamaşaları, bu oyunların ritual-mifoloji kökləri, mövsüm və mərasimlə bağlı xalq tamaşaları müzakirə olunacaq.

Xalq oyunlarının mədəniyyətin bir sıra sahələri ilə əlaqəsi, bu oyunlardan və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları, uşaq oyunları, kompüterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları da beynəlxalq konfransın əsas mövzularındandır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG