Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:19

HRW-dan R.Denber: «Leyla Yunus kəskin şəkər xəstəsidir» - Mətbuat icmalı


Rachel Denber
Rachel Denber

-

Human Rights Watch-dan Rachel Denber yazır ki, Leyla Yunus kəskin şəkər xəstəsisidir, ona xüsusi pəhriz, dieta lazımdır ki, bu da həbsxanada mümküm deyil.

Rusiyalı hakerlər isə İnternetdə 1 milyard 200 milyon parolu oğurlayıblar.

Saytlar və mətbuat bu gün nədən yazır?

Human Rights Watch insan haqları təşkilatının saytında Rachel Denberin yazısı çıxıb. Denber yazır ki, o, 23 il əvvəl Human Rights Watchda işləməyə başlayanda Azərbaycana ilk səfərini planlaşdırırdı və onun görüşdüyü ilk Azərbaycanlı ekspert Arif Yunus olub. O yazır ki, Arif Yunus həmişə Human Rights Watchun dostu olub. 1990-cı ildə Bakıda Sovetlərin etdiyi zorakılığı başa düşməkdə təşkilata kömək edib.

Denber yazır ki, keçən həftə Arif Yunusla telefonla danışıb. Denber yazır: “Mən istəyirdim o bilsin ki, biz onun həyat yoldaşı Leyla Yunus azad olana qədər mübarizə aparacağıq”.

Denber qeyd edir ki, indi də Arif Yunusun özü həbs olunub və xatırladır ki, Leyla Yunusda kəskin diabet, şəkər xəstəliyi var. O xüsusi dərmanlar qəbul edir və özünün hazırladığı xüsusi yeməyi müəyyən fasilələrlə yeyir. O həbs olunanda Arif Yunus onun üçün əsil həyat mənbəyi idi- ona ərzaq gətirirdi ki, Leyla Yunus öz dietasına riayət edə bilsin.

İndi Arif Yunusu öz həyat yoldaşına həmin yeməyi aparanda həbs ediblər.

Denber yazır ki. Azərbaycanın ictimai həyatının bu iki görkəmli şəxsinin dəmir barmaqlıqlar arxasında olması ona real görünmür. Ancaq Leyla Yunusa bu real görünürdü. Denber yazır ki, Azərbaycanda hazırda ən azı 40 ictimai fəal həbsdədir və Leyla Yunus həmişə deyirdi ki, onun da həbs olunmaq vaxtı gəlib çatcaq. Denber yazır ki, bu həqiqət Avropa Şurasına da çatsa, yaxşı olardı, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyini Denber istehza adlandırır.

O yazır ki, Azərbaycanda digər ictimai fəallar var ki, həbs olunma təhlükəsi ilə üz-üzədirlər.

Denber hesab edir ki, Avroppa Şurası Azərbaycan hökumətinə aydın bildirməlidir ki, Leyla Yunus, Arif Yunus və digər ictimai fəallar azad olunmalıdır və Azərbaycan Şura qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir.

TARİXDƏ ƏN BÖYÜK OĞURLUQ

Daily Telegraph qəzeti Frans Press agentliyinə istinadla yazır ki, Rusiyanın haker qrupu İnternetdə ABŞ-ın böyük şirkətlərinin və başqalarının 1 milyard 200 milyon parolunu oğurlayıblar. Bu, internet göstəricilərinin tarixdə ən böyük oğurluğudur.

Hold Security təşkilatının araşdırmasına görə, 420 min saytdan məxfi saxlanmalı adlar və parollar oğurlanıb.

Nəticədə hakerlər 500 milyon e-mail ünvana çıxış əldə ediblər.

Hold Security-nin yaradıcısı Alex Holden New York Times qəzetinə deyib ki, hakerlər təkcə ABŞ-ın böyük şirkətlərini hədəfə almayıblar. Onların hədəfi dünyanın ən böyük 500 şirkətindən tutmuş hətta ən kiçik şirkətlərə qədər uzanır.

Qrupun yeri haqda o məlumdur ki, o, Rusiyanın mərkəzi hissəsinin cənubunda qərarlaşır. Onun sərhədləri Qazaxıstana və Monqolustanacan uzanır.

XS
SM
MD
LG