Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:24

Dunja Mijatovic: «Azərbaycan hakimiyyətini dərhal Rəsul Cəfərovu azad etməyə çağırıram»


Dunja Mijatović
Dunja Mijatović

-

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunja Mijatovic avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov həbs olunduqdan sonra KİV-ə hücumların davam etməsindən narahatlığını bildirib.

Mijatovic öz bəyanatında Azərbaycanda KİV azadlığını dəstəkləyən QHT-lərin təqib olunması ilə bağlı həyəcanını ifadə edib:

«Görünür, bu hərəkətlər azad fikrin və KİV azadlığının məqsədyönlü şəkildə susdurulmasına yönələn kampaniyanın tərkib hissəsidir. Mən hakimiyyəti dərhal Rəsul Cəfərovu azad etməyə, tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırıram».

Mayda Baş Prokurorluq xarici və yerli QHT-lərə qarşı cinayət araşdırmasına başlayıb. Bura Danimarkanın International Media Support və Amerikanın IREX təşkilatları da daxildir. Onlar sui-istifadələrdə və saxtakarlıqda şübhəli bilinirlər. Hər iki təşkilat Azərbaycanda söz azadlığı ilə bağlı layihələri dəstəkləyir, onların bank hesabları dondurulub.

Həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bank hesabları dondurulub və nəticədə qurum öz fəaliyyətini dayandırmalı olub.

«Media üzrə QHT-lər jurnalistlərə və bütün mediaya mühüm dəstək göstərirlər. Onları qorxutmaq üçün istənilən hərəkətləri etmək və ya onların işinə müdaxilə ATƏT çərçivəsində öhdəliklərə ziddir», Mijatovic vurğulayıb.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG