Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 10:59

Daha bir Azərbaycan əsgəri ölüb


Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Tərlanlı Sahil Yaşar oğlu aldığı güllə yarasından dünyasını dəyişib. Onun hansı şəraitdə güllə xəsarəti aldığı hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG