Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:40

«Eurovision» mahnı müsabiqəsinin loqosu təkmilləşdirilir


«Eurovision» yeni loqosu
«Eurovision» yeni loqosu

-

«Eurovision» mahnı müsabiqəsinin 2015-ci ildə tamam olacaq 60 illik yubileyi münasibətilə Avropa Yayımları Birliyi yarışmanın loqosunun təkmilləşmiş variantını təqdim edir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin müsabiqənin rəsmi saytına istinadla yaydığı xəbərə görə, yeni variant 2004-cü ildən mövcud olan loqo əsasında hazırlanıb.

Loqonun yeni variantında «Eurovision» yarışmasının «modern klassikliyini» təsvir edən ürək, eləcə də bu sözün əlyazma forması saxlanılıb.

Ancaq elementlər sadələşdirilmiş düzülüşdə, bayraq bir qədər hərəkətli əks olunub və çıxıntılı detallar aradan qaldırılıb.

Loqoda «Gotham» şriftindən istifadə edilib, eyni zamanda, kiçik ölçüdə detalların itməsinin qarşısı alınıb.

İnsanları bir araya gətirməyin simvolu olan ürəyə xüsusi diqqət yetirilməsi onu daha təsirli edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG