Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:58

BBC-nin saytı blok edilə bilər


Rusiyada mətbuatı qeydiyyatdan keçirən Roskomnadzor BBC-nin rus xidmətinin saytını «ekstremizmlə mübarizə» qanununa müvafiq blok edə bilər

AzadlıqRadisunun rus xidmətinin məlumatına görə, buna saytda «Sibirin federallaşması marşı» adlı yazının dərc edilməsi səbəb ola bilər.

Roskomnadzor BBC-dən tələb edib ki, avqustun 17-nə planlaşdırılan aksiyanın təşkilatçılarından biri olan Artem Loskutsovla müsahibəni saytdan silsin. BBC-nin rus xidməti bundan imtina edib.

Roskomnadzor hesab edir ki, müsahibədə kütləvi iğtişaşlara çağırış var.

Bir müddət əvvəl «Vkontakte» sosial şəbəkəsində aksiya ilə bağlı məlumat verildiyindən Roskomnadzor onu bloklayıb və rus saytlarına aksiya ilə bağlı xəbərləri yazmamaqla bağlı xəbərdarlıq edib.

Rusiya baş prokurorluğunun tələbi ilə Slon.ru Loskutovun müsahibəsini saytdan götürüb.

XS
SM
MD
LG