Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:20

«Mərkəz»: «Nazirin pul tələsi»


«Gündəlik Azərbaycan» qəzetindəki «Hacı Məmmədovun məhkəməsinin yönü dəyişdirilir» başlıqlı məqalədə müəllif Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin işi üzrə iki aydır ki, davam edən məhkəmə prosesini şərh edib. Müəllif yazır ki, Hacı Məmmədov hər dəfə «çox məsələlərin üstünü açacağam» desə də, təqsirləndirilən DİN generalı Zakir Nəsirovdan yuxarı heç kimin adını çəkməyib. H.Məmmədovun danışmaması, yaxud ona bu imkanın verilməməsi belə deməyə əsas verir ki, hakimiyyətdəki bəzi dairələr bu adların açıqlanmasına imkan vermir və bunun baş verməməsi üçün hər cür təsir vasitəsindən istifadə edir. Son günlər isə məhkəmə prosesinin istiqamətinin başqa səmtə yönəldilməsi açıqca sezilir. Baş verənləri diqqətlə izlədikdə maraqlı qüvvələrin məhkəmənin Z.Nəsirovun üzərində köklənməsinin qarşısını almaqda olduğunu görməmək mümkün deyil. Beləliklə, bu gedişlə H.Məmmədovun məhkəməsinin sonda hər şeyin açıqlanacağı əvəzinə, ört-basdır edilməsi ilə nəticələnəcəyi ehtimalı artır.


«Yeni Müsavat» qəzetindəki «Hacı Məmmədovun cinayətlərində Rusiya izi» başlıqlı məqalədə müəllif adını açıqlamadığı mənbəyə istinadən yazır ki, Hacı Məmmədova məxsus «Qarabulaq» istirahət mərkəzindən Rusiyanın xüsusi xidmət orqanları da geniş istifadə ediblər. Təbii ki, yalnız yeyib-içmək məqsədi ilə yox. Burada Azərbaycanın yüksək çinli məmurlarına qarşı kompromatlar toplanılırmış. «Qarabulaq»da məmurların iştirakı ilə eyş-işrət məclisləri təşkil olunur və bu tədbirlər gizli kameralarla lentə alınırmış. Aparılan videoçəkilişlər ölkənin siyasi rəhbərlərindən başqa, Rusiya xüsusi xidmət orqanlarına da verilirmiş. Mənbənin verdiyi məlumata görə, hazırda Kremlin əlində Azərbaycanın bir çox məmurlarının əleyhinə kompromatlar var. Bu materiallardan istifadə edən Rusiya şantaj yolu ilə ələ alınmış məmurlar vasitəsiylə Azərbaycanın dövlət siyasətinə təsir edir.


«Şərq» qəzetindəki «Tib­bi təh­si­lin müd­də­ti azal­dı­la bil­məz» başlıqlı məqalədə bildirilir ki, Sə­hiy­yə na­zi­ri Oq­tay Şi­rə­li­yev Tibb Uni­ver­si­te­tin­də təh­si­lin in­ter­na­tu­ra pil­lə­si­nin müd­də­ti­ni ar­tır­ma­ğı tək­lif edib. Na­zi­rin fik­rin­cə, tə­lə­bə­lə­rin da­ha çox prak­ti­ki bi­lik­lər al­ma­sı­na im­kan ya­ra­dıl­ma­lı­dır. Bu isə in­ter­na­tu­ra pil­lə­si­nin müd­də­ti­ni ar­tır­maq­la müm­kün­dür. Tibb sa­hə­si üz­rə mü­tə­xəs­sis­lər də be­lə dü­şü­nür ki, na­zi­rin de­dik­lə­rin­də hə­qi­qət var. La­kin tibb təh­si­li üz­rə ye­ni mo­del kəşf et­mə­yə eh­ti­yac yox­dur. Tibb elm­lə­ri dok­to­ru, pro­fes­sor Adil Qey­bul­la bu mə­sə­lə­də bey­nəl­xalq təc­rü­bə­yə is­ti­nad et­mə­yi la­zım bi­lir. Onun fikrincə, tibb təh­si­li üz­rə mövcud modellərdən bey­nəl­xalq stan­dart­la­ra və Azər­bay­can re­al­lı­ğı­na uy­ğun birini seçib tətbiq etməliyik.


«Mərkəz» qəzetindəki «Nazirin pul tələsi» başlıqlı məqalədə müəllif iddia ki, Təhsil Nazirliyi 1 milyon 600 minə yaxın şagirdi yalnız bir gündəlikdən istifadəyə məcbur edir. Müəllif yazır ki, mövcud qaydalara görə, gündəlikdən 1-ci sinfi çıxmaq şərtilə, bütün siniflər istifadə edir. Amma bizim orta məktəblərimiz «uzaqgörənlik» nümayiş etdirərək gündəliyi orta məktəbin birinci siniflərində də tətbiq ediblər. Arqumentləri də budur ki, birinci sinifdə oxuyan balacaları həvəsləndirmək istəyirlər. İstəyirlər ki, balacalar aldıqları qiymətlərini evə aparıb valideynlərinin yanında fəxr edə bilsinlər. «Guya balacaları həvəsləndirmək üçün başqa metod yox imiş. Guya sovet dövründə gündəliyinə deyil, misalının-məsələsinin, imlasının-inşasının altına qırmızı qələmlə qiymət yazılan şagirdlərin oxumağa həvəsi-zadı olmayıb», – deyə qəzetin əməkdaşı yazır.


XS
SM
MD
LG