Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:31

Yığılan qaz pullarını kim mənimsəyir?


Nüsrət Qasımov və Mehman Əliyevlə söhbət, 25 avqust 2006
Nüsrət Qasımov və Mehman Əliyevlə söhbət, 25 avqust 2006

Son vaxtlar qaz, elektrik enerjisi və sudan istifadəsinə görə, pulların yığılmasında xeyli problemlər olduğu bildirilir. Daha ciddi problem qaz pulunun yığılmasındadır. Bir qədər əvvəl prezident İlham Əliyev keçirdiyi müşavirədə bununla bağlı ciddi tapşırıqlar verdi. Elə həmin müşavirədən sonra qazdan istifadəyə görə istehlakçılardan pul yığılmasında xeyli problemlərlə üzləşdiyini əsas gətirən «Azəriqaz» Səhmdar Cəmiyyəti eyni vaxtda əksər rayonlara verilən mavi yanacağı dayandırdı. Bu ərəfədə «Azəriqaz» rəhbərliyi bildirdi ki, belə bir vəziyyətin yaranması daha çox əhalinin işlətdiyi qazın pulunu ödəməməsilə bağlıdır. Amma bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta baş nazirin müavini Yaqub Eyyubov da Sumqayıtda Şimal rayonlarının problemlərinə həsr olunmuş zona müşavirəsində bildirdi ki, qaz pulu ilə bağlı problem pulların yığılmasında deyil, əslində yığılan pulların mənimsənilməsindədir. Bəs yığılan pulları kim mənimsəyir, necə mənimsəyir?. «Şəffaflıq» budəfəki sayında bu məsələyə aydınlıq gətirir. Verilişin qonaqları «Azəriqaz» Səhmdar Cəmiyyəti Nəzarət Xidmətinin rəisi Nüsrət Qasımov və «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdir.


XS
SM
MD
LG