Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:27

«Şərq»: «Qiymət artımı qaçılmazdır»


«Yeni Müsavat» qəzetinin əməkdaşı son vaxtlar Rusiya xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinin təhlükəsizliyini təmin etmək, 2008-ci il prezident seçkisində İlham Əliyevin seçki kampaniyasını rahatlaşdırmaq məqsədilə ənənəvi müxalifəti, xüsusilə Müsavat Partiyasını sıradan çıxarmaq əməliyyatı aparması barədə yayılan məlumatlara dair bəzi ekspertlərin fikirlərini öyrənib. Müəlliflə söhbətində adının açıqlanmadığı bir ekspert iddia edib ki, indiki məqamda demokratik müxalifətin sıradan çıxarılması hakimiyyətə, konkret olaraq İlham Əliyevə qətiyyən sərf etmir. Çünki ənənəvi müxalifət, o cümlədən Müsavat Partiyası siyasi səhnədən gedərsə, yaxud, zəiflədilib, parçalanarsa, heç şübhəsiz, onun yerini başqa qüvvələr dolduracaq. Böyük ehtimalla həmin qüvvələr islam təmayüllü olacaq. Bu isə nə Azərbaycan hakimiyyətinə, nə də milyardlarla yatırımı olan Qərbə, ABŞ-a, nə də Rusiyaya sərf etmir.


«Ayna» qəzetinin əməkdaşı iddia edir ki, qarşıdan gələn prezident seçkisinin məsuliyyətini heç də müxalifətdən pis anlamayan iqtidar bu seçkiyə ciddi şəkildə hazırlaşmaq fikrindədir. Sözsüz ki, son parlament seçkisinin nəticələri hakim Yeni Azərbaycan Partiyasını bir o qədər də qane etmədi. Buna görə də iqtidar komandası ötən seçkilərdə buraxdığı səhvlərin təkrarlanmaması üçün tədbirlər görməkdədir. Müşahidəçilərə görə, iqtidar 2008-ci il prezident seçkisi zamanı mütləq qələbə qazanmaq üçün bütün vasitələrdən istifadə edəcək və bu vasitələrin qanunauyğunluğu da seçkiyə qədərki dövr ərzində təmin olunacaq. Müəllifin yazdığına görə, hökumət mitinq və icazəsiz aksiyaları dağıtmaq üçün də mövcud normaları qanuniləşdirmək fikrindədir. Belə ki, Milli Məclisin payız sessiyasında «Polis haqqında», «Daxili qoşunlar haqqında» və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunlara müvafiq dəyişikliklər gözlənilir.


«Şərq» qəzetindəki «Qiy­mət ar­tı­mı qa­çıl­maz­dır» başlıqlı məqalədə bildirilir ki, uzun müd­dət söz-söh­bə­tə sə­bəb olan nəq­liy­yat xərc­lə­ri bu ilin so­nu­na­dək ar­ta­caq. Nəq­liy­yat na­zi­ri­nin müa­vi­ni Mu­sa Pə­na­hov göz­lə­ni­lən qiy­mət ar­tı­mı­nı sər­ni­şin­da­şı­ma­da key­fiy­yət irə­li­lə­yi­şi ilə əla­qə­lən­di­rib. Be­lə ki, bu ilin so­nu­na ki­mi öl­kə­yə 200 bö­yük av­to­bu­sun gə­ti­ril­mə­si nə­zər­də tu­tu­lub. Yük­sək key­fiy­yət­li bu nəq­liy­yat va­si­tə­lə­ri­nin Azər­bay­ca­na gə­ti­ril­mə­si isə çox­dan göz­lə­ni­lən qiy­mət ar­tı­mı­nı re­al­laş­dı­ra­caq. Məsələyə münasibət bildirən sabiq mil­lət və­ki­li, iq­ti­sad­çı Əli Əlir­za­yev­ də qiy­mət ar­tı­mı­nın ar­tıq qar­şı­sıa­lın­maz pro­ses ol­du­ğu­nu dü­şü­nür. İq­ti­sad­çı­nın fik­rin­cə, bu ad­dım az­tə­mi­nat­lı ai­lə­lə­rin re­al gə­lir­lə­ri­nə tə­sir edə­cək.


«Mərkəz» qəzetinin əməkdaşı yazır ki, Dünya Bankının apardığı tədqiqatlara əsasən, hazırda Azərbaycan mobil rabitə abunəçilərinin əhalinin sayına olan nisbətinə görə MDB ölkələri arasında birinci yeri tutur. Amma telefon istifadəçilərinin sayı durmadan artsa da, mobil operatorlar nə qiymətləri endirmək, nə də göstərdikləri xidmətin səviyyəsini qaldırmaq barədə düşünürlər. İş o yerə çatıb ki, Azərbaycanın sərhəd rayonlarında yaşayan əhali daha sərfəli olduğu üçün xarici ölkələrlə danışıqlar zamanı qonşu dövlətlərin mobil rabitə operatorlarının xidmətindən yararlanırlar. Azərbaycan ərazisinin məhdud hissəsini əhatə edən «Bakcell»in xidmətindən isə əksər rayonlarda imtina edirlər. Çünki şirkət fəaliyyət göstərdiyi 12 il ərzində bölgələrdə normal xidmət təşkil edə bilməyib. Qəribədir ki, şirkətin Mətbuat Xidməti «Bakcell»in əsasən Bakı və Abşeronda yaşayanlara xidmət göstərməsini bu ərazidə daha çox insanın məskunlaşması ilə izah edir. Belə çıxır ki, rayonlarda yaşayan əhaliyə mobil telefon lazım deyil.


XS
SM
MD
LG